ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətlərində iştirak etməyə hazırdır – Merts

Baş səhifə

Bakı. Trend:

ABŞ, Avropa ölkələri ilə birlikdə Ukrayna üçün təhlükəsizlik
zəmanətlərində iştirak etməyə hazırdır.

Trend xəbər verir ki, bunu
Almaniya kansleri Fridrix Merts bəyan edib.

Kansler vurğulayıb ki, “ABŞ bu cür təhlükəsizlik zəmanətlərində
iştirak etməyə hazırdır və məsuliyyəti yalnız avropalıların üzərinə
qoymur”.




O həmçinin qeyd edib ki, avropalılar da uzunmüddətli
perspektivdə Ukraynanın təhlükəsizliyinin təmin olunmasına öz
töhfələrini verməlidirlər.

Merts əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin, Donald
Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında üçtərəfli
görüş mümkün qədər tez keçirilməlidir.

Xatırladaq ki, avqustun 15-də Alyaskadakı Elmendorf-Riçardson
hərbi bazasında Prezidentlər Putin və Tramp arasında görüş baş
tutub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir