Zelenski sülh müqabilində Donbası Rusiyaya verməkdən imtina edib

Baş səhifə

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski sülh razılaşması
qarşılığında bütün Donbasın Rusiyaya verilməsi təklifini rədd
edib.

Trend xəbər verir ki, “Reuters” bu barədə ABŞ Prezidenti Donald Tramp və Zelenski
arasında, Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirilən
görüşdən sonrakı söhbətə istinadla yazır.




Agentliyin mənbəsinin bildirdiyinə görə, Rusiya lideri Trampla
dünənki danışıqlar zamanı Kiyev qüvvələrinin bütün Donetsk
vilayətini verməsi halında cəbhə xəttinin əksər hissəsinin
dondurulmasını təklif edib. Zelenski isə bu tələbi qəbul
etməyib.