Ciorcia Meloni ABŞ və Rusiya prezidentlərinin görüşünə münasibət bildirib

Baş səhifə

Bakı. Trend:

İtaliyanın Baş naziri Ciorcia Meloni ABŞ Prezidenti Donald Tramp
ilə Rusiya Prezidenti Vladimir Putinin Alyaskadakı görüşünü sülh
yolunda mühüm addım kimi qiymətləndirib.

Trend İtaliya
Nazirlər Şurasına istinadla xəbər verir ki, Ciorcia Meloni görüşü
Ukraynada sülhün bərqərar olacağına ümid hesab edib.




“Sülh sazişi hələ də mürəkkəbdir, lakin mümkündür. Şərtlər və
ərazilərlə bağlı yalnız Ukrayna danışıqlar apara bilər. Avropa
dövlətləri danışıqlar mərhələsində Ukraynanı dəstəkləməkdə davam
edəcək. Sülhə gedən yol asan deyil”, – deyə Baş nazir
vurğulayıb.

İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq
əməkdaşlıq naziri Antonio Tayani isə Romanın üçtərəfli görüşə ev
sahibliyi etməyə hazır olduğunu bəyan edib.

Spread the love