Böyük Britaniyada meşə yanğınları alovlanıb

Baş səhifə

Bakı. Trend:

İspaniya və Portuqaliyada davam edən meşə yanğınlarının tüstüsü
Böyük Britaniyanın cənub bölgələrinə qədər yayılıb.

Trend xəbər verir ki, Böyük
Britaniyanın Meteorologiya İdarəsi (“Met Office”) yanğınlardan
qalxan tüstünün Biskay körfəzi üzərindən keçərək İngiltərənin
cənub-qərbinə və İrlandiyanın bəzi hissələrinə çatdığını
təsdiqləyib.




Meteoroloq Kreyq Snell bildirib ki, son iki gündə tüstü İberiya
yarımadasından şimala doğru hərəkət edib. Ancaq o bildirib ki,
tüstü Böyük Britaniyada hava keyfiyyətinə ciddi təsir
göstərməyəcək. Mütəxəssis əlavə edib ki, tüstünün yaxın günlərdə
Uels və Şimali İngiltərənin bəzi bölgələrinə də yayıla biləcəyi
ehtimal olunur.