İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

Baş səhifə

İndoneziya sahillərində 5,8 maqnitudada zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 02:38-də Sulavesi adasının sahilində yerləşən Poso şəhərindən şimalda baş verib.

Yaşayış məntəqəsində 50 minə yaxın insan yaşayır. Seysmik hadisənin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir