Gürcüstanın xarici ticarət dövriyyəsi 14,2 milyard dollara çatıb

Baş səhifə

Bakı. Trend:

Gürcüstanın xarici ticarət dövriyyəsi 2025-ci ilin yanvar-iyul
aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq
14,2 milyard dollar təşkil edib.

Trend xəbər verir ki, bu
barədə ölkənin Milli Statistika Xidmətinin saytında məlumat
verilib.

Bildirilib ki, hesabat dövründə ölkəyə 10,3 milyard ABŞ dolları
dəyərində məhsul idxal edilib ki, bu da 2024-cü ilin yeddi ayının
göstəricisindən təxminən 11 faiz çoxdur.

İxracın həcmi isə 3,8 milyard dollar təşkil edib ki, bu da
2024-cü ilin yeddi ayı ilə müqayisədə 9 faiz çoxdur.




Gürcüstanın xarici ticarət dövriyyəsində 6,5 milyard 6,5 dollar
mənfi saldo yaranıb. Bu da ötən ilin analoji göstəricisindən 11,9
faiz çoxdur.

2024-cü ildə Gürcüstanın xarici ticarət dövriyyəsi 2023-cü illə
müqayisədə 8 faiz artaraq 23,4 milyard dollar təşkil edib.

Ötən il Gürcüstan məhsulları 6,6 milyard dollar həcmində ixrac
edilib ki, bu da 2023-cü illə müqayisədə demək olar, 8 faiz
çoxdur.

2024-cü ildə ölkəyə 16,8 milyard dollar dəyərində məhsul idxal
edilib ki, bu da 2023-cü illə müqayisədə 8,1 faiz çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir