
Bakı. Trend:
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ABŞ
prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski
arasında avqustun 18-də keçiriləcək görüşdə iştirak etmək
niyyətindədir.
Trend-in
məlumatına görə, bu barədə Ursula fon der Lyayen “X” sosial
şəbəkəsində yazıb.
“Zelenskinin xahişi ilə bazar ertəsi onun ABŞ prezidenti və
Avropa liderləri ilə görüşünə qatılacam”, – deyə o bildirib.
Avropa Komissiyası rəhbəri həmçinin təsdiqləyib ki, avqustun
17-də Zelenskinin iştirakı ilə “istəklilər koalisiyası”
telekonfransı keçiriləcək.

