
Avropa İttifaqı münaqişənin siyasi həllinə qədər Ukraynada tam atəşkəsin əldə olunmasında israrlıdır.
“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bəyan edib.
“Termin o qədər də vacib deyil, siz onu nə adlandırırsınız – atəşkəs və ya nizamlanma, vacib olan döyüşün dayanmasıdır və bunun ciddi vaxt çərçivəsi olmalıdır”, – deyə o bildirib.