Britaniyanın baş naziri Tramp, Zelenski və Avropa liderləri ilə danışıqlara qatılacaq

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Kir Starmer də avqustun 18-də
Vaşinqtonda ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti
Vladimir Zelenski və bir sıra Avropa liderləri arasında keçiriləcək
danışıqlarda iştirak edəcək.

Trend-i məlumatına
görə, bu barədə Qərb KİV-ləri Britaniya baş nazirinin mətbuat
xidmətinə istinadən bildiriblər.




“Baş nazir digər Avropa liderləri ilə birlikdə danışıqların bu
növbəti mərhələsini dəstəkləməyə hazırdır”, – deyə qeyd olunub.

Bundan əvvəl Yelisey Sarayı Fransa prezidenti Emmanuel Makronun
Tramp və Zelenski arasında keçiriləcək görüşdə iştirak etmək üçün
bir sıra digər Avropa liderləri ilə birlikdə Vaşinqtona gedəcəyini
açıqlamışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir