ABŞ Zelenski ilə görüşdə ərazi məsələsini müzakirə etməyi niyyətindədir – Uitkoff

Baş səhifə

Bakı. Trend:

ABŞ Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə Rusiya və
Ukrayna arasında ərazilərin mübadiləsi məsələsini müzakirə etmək
niyyətindədir.

Trend-in
məlumatına görə, ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff “CNN” televiziya şirkətinin proqramı zamanı deyib.




“[Ukrayna münaqişəsinin həlli üçün] əsas məsələ ərazilərin
mübadiləsi məsələsidir. Biz bunu bazar ertəsi müzakirə etmək
niyyətindəyik. Ümid edirik ki, biz bu məsələdə müəyyən aydınlığa
nail olacağıq və ümid edirəm, bunların hamısı tezliklə sülh sazişi
ilə başa çatacaq”, – deyə o bildirib.

Uitkoff əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinlə
Alyaskanın Ankoric şəhərində keçirilən görüşdə ərazilərin
dəyişdirilməsi məsələsi qaldırılmayıb. “[Cümə günü Rusiya ilə]
görüşdə bu müzakirə oluna bilməzdi”, o deyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir