
Bakı. Trend:
ABŞ-nin Nyu-Yorkun ştatının Bruklin şəhərindəki restoranda
atışma nəticəsində azı 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Trend-in
məlumatına görə, bu barədə “New York Post” qəzeti xəbər verib.
“Bruklin restoranının bağlanmasına az qalmış bir neçə silahlı
şəxsin atəş açması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb”, –
deyə bildirilib.
Məlumata əsasən, hadisə yerli vaxtla saat 03:30 radələrində baş
verib.
Yaralananların hamısının xəstəxanaya yerləşdirildiyi bildirilib.
Hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini
araşdırır.

