ABŞ Dövlət katibi: Avropa Kiyevin təhlükəsizliyinin təmin edilməsində əsas rol oynamalıdır

Baş səhifə

ABŞ hesab edir ki, Avropa Qərb tərəfindən Ukraynaya mümkün təhlükəsizlik zəmanətlərinin verilməsində əsas rol oynamalıdır.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “Fox” televiziyasının efirində deyib.

“Düşünürəm ki, Avropanın son nəticədə oynaya biləcəyi rol Ukraynanın danışdığı təhlükəsizlik zəmanətlərinə aiddir. Onlar (avropalılar – red.) bu baxımdan əsas element olmalıdır”, – Rubio bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir