Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə müharibəyə son qoya bilər – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna Prezidenti
Volodimir Zelenski Krımdan imtina edib ölkənin NATO-ya qoşulmaq
niyyətindən əl çəksə, Rusiya ilə münaqişəni demək olar ki, dərhal
dayandıra bilər.

Trend xəbər verir ki, ABŞ
lideri bu fikirləri “Truth Social” hesabında paylaşıb.




“Əgər Zelenski istəsə, Rusiya ilə müharibəyə dərhal son qoya
bilər, istəməsə, döyüşlər davam edəcək. Hamının necə başladığını
xatırlaması vacibdir. Obama Krımı Rusiyaya vermişdi (12 il əvvəl,
bir güllə belə atılmadan!) və indi onu geri qaytarmaq mümkün deyil.
Bundan əlavə, Ukrayna NATO-ya üzv ola bilməz. Bəzi reallıqlar
dəyişməz olaraq qalır”, – deyə Tramp qeyd edib.