Vaşinqtonda bir gecədə 68 nəfər həbs edilib

Baş səhifə

Cinayətə qarşı federal mübarizə çərçivəsində Vaşinqtonda bir gecədə 68 nəfər həbs edilib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın baş prokuroru Pam Bondi öz “X” hesabında məlumat verib.

“Vaşinqtonda 300-dən çox həbs – və bu rəqəm artmaqda davam edir. Təkcə dünən gecə federal tərəfdaşlarımız və hüquq-mühafizə orqanları 68 nəfəri həbs edib və 15 qanunsuz odlu silah ələ keçirilib.”, – o, bildirib.