
Bakı. Trend:
Azərbaycan iyul ayında sabit genişzolaqlı internetin orta sürəti
üzrə ötən ayın müvafiq göstəricisi ilə müqayisədə 2 pillə
irəliləyərək 82,58 MB/S sürətlə 153 ölkə arasında 81-c1 olub.
Trend
“Speedtest Global Index”in hesabatına istinadla xəbər verir ki,
ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə sabit genişzolaqlı
internetin orta sürəti 2 dəfə artıb.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay reytinqdə
birinci yerdə Sinqapur (386,96 MB/S), axırıncı yerdə isə Suriya
(3,29 MB/S) qərarlaşıb.
Azərbaycan iyulda mobil internetin sürəti üzrə isə iyun ayına
nisbətən 1 pillə geriləyərək 74,76 MB/S sürətlə 104 ölkə arasında
56-cı olub. Mobil internetin sürətinə görə birinci yerdə Birləşmiş
Ərəb Əmirlikləri (584,97 MB/S), sonuncu yerdə isə Boliviya (14,7
MB/S) qərarlaşıb.
Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin
sürətinə görə əvvəlki aya nisbətən 3 pillə irəliləyərək 198 şəhər
arasında 83,27 MB/S sürətlə 112-ci yerdə qərarlaşıb. Şəhərlərin
sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (353,24 MB/S)
başçılıq edib, sonuncu pillədə isə Hələb (2,73 MB/S)
qərarlaşıb.
Azərbaycanın paytaxtı ötən ay mobil internetin sürətinə görə isə
əvvəlki aya nisbətən 4 pillə irəliləyərək 93,16 MB/S sürətlə 148
şəhər arasında 83-cü olub. Şəhərlər arasında mobil internetin
sürətinə görə birinci yeri Ər-Rayyan (581,031 MB/S), sonuncu yeri
La Paz (Boliviya) (11.12 MB/S) tutub.