Baş nazir: Ukrayna növbəti 2 ildə büdcənin 50 faizini ordunun silahlanmasına yönəltməyi planlaşdırır

Baş səhifə

Ukrayna hökuməti növbəti 2 il büdcəsinin 50 faizini ordunun silahlanmasına yönəltməyi planlaşdırır.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukraynanın yeni Baş naziri Yuliya Sviridrenko, Kiyevdə hökumətin yeni fəaliyyət istiqamətlərinin təqdimatında bildirib.

“Hökumətin prioritetləri bunlardır: müdafiə və təhlükəsizlik, Avropaya inteqrasiya, antikorrupsiya tədbirləri. Təkcə 2026-cı il üçün büdcədə müharibə üçün ayrılan vəsait 120 milyard ABŞ dolları olacaq. Bu, Ukrayna büdcəsində ayrılanlar və tərəfdaşlarımızın yardımları ilə birlikdədir.

Bundan başqa 2026-2027-ci illər üçün 37 milyard dollar makromaliyyə yardımının cəlb edilməsi də planlaşdırılır”, – Baş nazir əlavə edib.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir