İran həmişə Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının təsdiqlənməsinə dəstəyini ifadə edib

Baş səhifə

Bakı. Trend:

İran həmişə Azərbaycan və Ermənistan arasında sülh
razılaşmasının təsdiqlənməsinə dəstəyini ifadə edib.

Trend-in
məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi
İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında
deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında birgə
bəyanat iki ölkə hakimiyyətinin qərarıdır və bu istiqamətdə
əhəmiyyətə sahibdir. Bu razılaşma Cənubi Qafqazda davamlı sülh və
sabitliyə şərait yaradacaq.




Bəqai bildirib ki, İran prezidentinin Ermənistana səfəri və
Azərbaycan və Ermənistan arasındakı razılaşma iki fərqli məsələdir.
İran prezidentinin səfəri bir müddət öncədən planlaşdırılıb və
qonşu ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində baş
tutur. İran prezidenti bu gün Ermənistana və oradan Belarusa səfər
edəcək.

“Ermənistanın cənubundan Azərbaycanla Naxçıvan Muxtar
Respublikası arasında keçid yolunun yaradılması xüsusi önəmə
malikdir. İran regionda kommunikasiya yollarının blokadadan
çıxarılmasını dəstəkləməklə yanaşı kommunikasiya yollarının
tanınmış beynəlxalq sərhədlərin qorunması, ölkələrin ərazi
bütövlüyünə hörmətlə yanaşılması və bölgədə geosiyasi
dəyişikliklərin olmaması ilə həyata keçirilməsinin vacibliyini qeyd
edir.

Əcnəbi qüvvələrin regiondakı iştirakını İran faydalı hesab etmir
və öz nigaranlığını irəli sürülb. İran əmin edilib ki, regionda hər
hansı çərçivədə heç bir əcnəbi qüvvə yerləşməyəcək. Azərbaycan və
Ermənistan arasında sülh razılaşmasının önəmli müddəalarından biri
iki ölkə sərhədləri boyunca istənilən əcnəbi qüvvələrin
yerləşdirilməməsidir. İran prosesləri diqqətlə izləyir və hər iki
ölkə ilə yaxın təmasdadır”, – deyə o bildirib.