Ağdam şəhərinə köç OLACAQ

Baş səhifə

Bu ilin sonuna kimi işğaldan azad edilmiş Ağdam şəhərinin mərkəzinə keçmiş məcburi köçkünlərin köçü gözlənilir.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Ağdamdan olan deputatı Aqil Abbas bildirib.

“Artıq Ağdamın 3 kəndinə əhali köçüb. Ağdam şəhərinə də əhalinin köçü bu ilin sonuna kimi gözlənilir”, – o qeyd edib.

Deputat bildirib ki, ona şəhərdən ev verilməsi ilə bağlı müvafiq qurumlara müraciət edib.

“Hələlik mənim müraciətimə cavab verilməyib”, – deputat əlabə edib.

Qeyd edək ki, artıq Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinə keçmiş məcburi köçkünləri köçü baş tutub.