Tramp ABŞ-də Avropa ölkələrinin liderləri ilə görüşündən gözləntilərini bölüşüb

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Avropa ölkələrinin liderləri ilə planlaşdırılan görüşündən gözləntilərini bölüşüb.

“Report” xəbər verir ki, bu barədə Tramp “X” hesabında yazıb.

“Ağ Evdə vacib gün. Biz heç vaxt bu qədər Avropa liderini eyni vaxtda qəbul etməmişdik. Bu, ABŞ üçün böyük şərəfdir!!! Gəlin görək nəticələr necə olacaq???”, – o qeyd edib.

Daha əvvəl ABŞ Prezidentinin ukraynalı həmkarı Volodimir Zelenski ilə də görüşəcəyi barədə məlumat verilmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir