
Bakı. Trend:
İsrail Avstraliyanın Fələstindəki nümayəndələrinin vizalarını
ləğv edib.
Trend xarici KİV-lərə xəbər
verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar
məlumat yayıb.
Onun sözlərinə görə, Kanberradakı İsrail səfirliyinə göstəriş
vermişəm ki, oradan İsrailə gəlmək üçün viza ilə bağlı edilən
müraciətlər diqqətlə araşdırılsın.
Buna səbəb Avstraliyanın Fələstin dövlətini tanımaq qərarı və
İsrail rəsmilərinə viza verməkdən imtina etməsidir.