
Bakı. Trend:
Pakistanda iyun ayının sonundan başlayan musson yağışları 660
nəfərin həyatına son qoyub, 929 nəfər yaralanıb.
Trend xəbər verir ki, bu
barədə Pakistan Milli Fəlakətlərin İdarəedilməsi İdarəsi məlumat
yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində 2 500-ə yaxın bina
zədələnib, 30 minə yaxın insan təxliyə edilərək müvəqqəti
sığınacaqlara yerləşdirilib.
Heyvandarlığa və əkinçiliyə xeyli ziyan dəyib.
Qeyd edilir ki, ən çox insan itkisi ölkənin şimal-qərbindəki
Hayber-Paxtunxva əyalətində qeydə alınıb. 392 nəfər həyatını
itirb.