
Bakı. Trend:
ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski
Avropa liderləri ilə çoxtərəfli görüşdə iştirak edirlər.
Trend-in
məlumatına görə, bu barədə Ağ evin mətbuat xidməti bildirib.
Görüşdə NATO-nun baş katibi Mark Rutte, Avropa Komissiyasının
sədri Ursula fon der Leyen, Almaniya kansleri Fridrix Merz, Böyük
Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel
Makron, İtaliyanın baş naziri Corcia Meloni və Finlandiya
prezidenti Aleksandr Stubb iştirak edir.

