“Evimdə otura bilmirəm”

Baş səhifə

Aparıcı Xoşqədəm Hidayətqızı bir müddət əvvəl cəfat edən valideynləri ilə bağlı paylaşım edib. 

Ölkə.az xəbər verir ki, aparıcı onlar üçün darıxdığını bildirib.

“Can ata… Evimdə otura bilmirəm… O mətbəxə girə bilmirəm… Sizdən sonra sevdiyim yeməkləri bişirə bilmirəm. Anam məni danlayırdı ki, yorma özünü” deyə, aparıcı paylaşımında yazıb.

Qeyd edək ki, aparıcının atası Hidayət Baxşəliyev 5 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi. Xoşqədəmin anası Ofeliya Baxşəliyeva da uzun sürən xəstəlikdən sonra vəfat edib.(axsam.az)