
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə
telefonla danışmaq üçün Ağ Evdə Avropa liderləri və Ukrayna
prezidenti Vladimir Zelenski ilə danışıqları müvəqqəti
dayandırıb.
Trend-in
məlumatına görə, bu barədə Almaniyanın “Bild” nəşri mənbələrə
istinadən xəbər verib.
Bildirilib ki, bundan sonra Avropa hökumət başçıları və Zelenski
ilə Oval kabinetdəki danışıqlar davam etdirilməlidir.

