
Bakı. Trend:
Almaniya kansleri Fridrix Merts Ukraynada atəşkəsə nail
olunmasının vacibliyinə əmindir.
Trend-in
məlumatına görə, bu barədə Almaniya kansleri Avropa liderlərinin Ağ
Evdə ABŞ Prezidenti Donald Trampla görüşündə deyib.
“Açığı, biz hamımız istərdik ki, atəşkəs olsun. Bu baş tutmasa,
növbəti iclasın necə keçəcəyini təsəvvür edə bilmirəm. Bunun üçün
Rusiyaya təzyiq etmək lazımdır”, – deyə o bildirib.