
Bakı. Tred:
ABŞ prezidenti Donald Tramp və Avropa liderləri Vaşinqtonda
danışıqlar zamanı Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini
müzakirə ediblər.
Trend-in məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel
Makron jurnalistlərə deyib.
“Anladığınız kimi, o [Tramp], Hindistana, xüsusən də Rusiya
neftinin alınması və emalına görə, ikinci dərəcəli sanksiyalar
tətbiq etsə də, bunu mütləq istəmir. Düşünürəm ki, onun istəyi
öhdəlik götürməkdir, bunun nəticə verə biləcəyinə ürəkdən inanır”,
– deyə Fransa prezidenti bildirib.
E.Markon qeyd edib, müzakirə zamanı nəticənin əldə edilməyəcəyi
variant, Rusiyanın belə bir prosesdə səmimi iştirak etmək
istəmədiyi variant nəzərdən keçirilib.
“Və bu məqamda o, ilkin və ikinci dərəcəli rüsumlar
adlandırdığı, əslində isə bizim sanksiyalar adlandırdığımız
sanksiyaları tətbiq etmək istəyini bildirdi”, – deyə o əlavə
edib.