Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

Baş səhifə

Hazırda Türkiyədə 45 minə yaxın Azərbaycanlı tələbə təhsil alır.

Bu barədə “Report”a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib.

Qeyd edilib ki, ümumilikdə 2019-2024-cü illər üzrə xaricdə əldə olunan kvalifikasiyaların tanınması üzrə TKTA-ya 22578 müraciət daxil olub. Bu müraciətlərin 5327-si (19%) Türkiyədə əldə olunan kvalifikasiyaların payına düşür.