
Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda su elektrik
stansiyalarında 2,1 milyard kVt-saat elektrik enerjisi istehsal
edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 230,6
milyon kVt-saat və ya 12,5% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə ölkədə su elektrik
stansiyalarında 1,8 milyard kVt-saat elektrik enerjisi istehsal
edilmişdi.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin
yanvar-iyul aylarında 1995,4 milyon manat dəyərində məhsul istehsal
olunub və xidmətlər göstərilib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda
istehsal edilmiş məhsulların həcmi 370,9 milyon manat təşkil
edib.

