İspaniyada bu il təxminən 373 000 hektar ərazi yanıb

Baş səhifə

İspaniyada meşə yanğınları davam edir.

APA “Al-Arabiyya” kanalına istinadən xəbər verir ki, son sutka ərzində daha 30 000 hektar ərazi yanıb.

Beləliklə, İspaniyada bu il ərzində yanan ərazilərin ümumi miqyası təxminən 373 000 hektara çatıb.

Avropa Meşə Yanğını İnformasiya Sisteminin bildirdiyinə görə, 2006-cı ildə qeydiyyata alınma prosesinin başlamasından bəri, İspaniyada ən ağır keçən il 2025-ci il hesab olunur.

Ən çox ziyan çəkən bölgələr Zamora və Leon, Kaseres vilayətləri hesab olunur.