Zelenski Ukrayna nümayəndə heyətinin sonrakı addımlarını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Tramp və
avropalı müttəfiqləri ilə görüşündən sonra Ukrayna nümayəndə
heyətinin növbəti addımlarını açıqlayıb.

Trend bu barədə
dövlət başçısının “Telegram” kanalına istinadən xəbər verir.

“Dünən Vaşinqtonda ABŞ Prezidenti və Avropa liderləri ilə mühüm
danışıqlar aparıldı. Həqiqətən, müharibənin dayandırılması
Ukraynanın və xalqımızın təhlükəsizliyinə doğru atılacaq
əhəmiyyətli addımdır. Biz artıq təhlükəsizlik zəmanətlərinin
konkret məzmunu üzərində işləyirik”, – o qeyd edib.




Zelenski əlavə edib ki, bu gün, avqustun 19-da liderlər
səviyyəsində koordinasiya davam edəcək, müzakirələr aparılacaq,
müvafiq formatlar hazırlanacaq.

“Biz sabah işimizi davam etdirəcəyik. Milli təhlükəsizlik
müşavirləri də hazırda daimi əlaqədədir. Təhlükəsizlik təminatları
olacaq. Biz tərəfdaşlıq, təhlükəsizlik zəmanətləri və Ukrayna
xalqının cəsarəti sayəsində sülhə gedən yolun reallığa çevrilməsi
üçün hər şeyi edəcəyik”, – dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, dünən, avqustun 18-də Ağ Evdə Donald Tramp,
Volodimir Zelenski və bir sıra Avropa liderlərinin iştirakı ilə
danışıqlar aparılıb.