Antonio Koşta: Ukraynada sülhə nail olmaq üçün Rusiya dərhal zorakılığı dayandırmalıdır

Baş səhifə

Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün Rusiya dərhal zorakılığı dayandırmalıdır.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta “X” hesabında yazıb.

O, Ukrayna ilə bağlı danışıqlara dair Aİ Şurasının üzvləri ilə videoformatda müzakirə apardıqlarını bildirib.

“Avropa İttifaqı Ukrayna xalqını və Prezident Volodimir Zelenskini qətiyyətlə dəstəkləyir”, – A.Koşta əlavə edib.

Aİ Şurasının Prezidenti vurğulayıb ki, Ukrayna, əvvəlki kimi, qarşıdakı həftə və aylarda da liderlərin gündəliyində əsas mövzu olacaq:

“Çünki biz Ukraynada ədalətli və davamlı sülhə yönəlmiş səyləri dəstəkləməyə davam edirik. İlk addım olaraq Rusiya dərhal zorakılığı dayandırmalıdır”.