Aİ Ukrayna ilə bağlı danışıqların nəticələrinə həsr olunmuş videokonfrans keçirir

Baş səhifə

Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üzrə danışıqların nəticələrini müzakirə etmək üçün videokonfrans formatında təcili iclas keçirir.

“Report” xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Antonio Koşta “X” hesabında yazıb.

“Ukrayna üzrə danışıqların nəticələrini müzakirə etmək üçün Aİ Şurasının üzvləri ilə videokonfrans bir neçə dəqiqə əvvəl başlayıb. Aİ Ukrayna xalqını və Prezident Volodimir Zelenskini qətiyyətlə dəstəkləyir. Ədalətli və davamlı sülhə nail olunması səylərinə dəstəyi davam etdirdiyimiz müddətdə Ukrayna qarşıdakı həftələr və aylar ərzində liderlərin diqqət mərkəzindədir. İlk növbədə, Rusiya dərhal zorakılığa son qoymalıdır”, – o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir