Azərbaycandan turist axını 3 %-ə yaxın azalıb

Baş səhifə

Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % azalaraq 1 milyon 188,9 min nəfər olub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşlarının 40,6 faizi Türkiyəyə, 15,7 faizi Rusiyaya, 11,2 faizi Gürcüstana, 8,9 faizi İrana, 23,6 faizi digər ölkələrə səfər edib, 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib.

1 il əvvələ nisbətən İrana gedənlərin sayı 0,8 faiz, Gürcüstana gedənlərin sayı 25,9 faiz artıb, Türkiyəyə gedənlərin sayı 4,2 faiz, Rusiyaya gedənlərin sayı isə 28,5 faiz azalıb.

Azərbaycan vətəndaşlarının 69,8 faizi hava, 28,2 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir