Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

Baş səhifə

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti avqustun 30-u saat 18:00-dək uzadılıb.

“Report” xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, valideynlər övladlarının məktəb yerdəyişməsini sy.edu.az portalı üzərindən elektron qaydada həyata keçirə bilərlər.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesinə avqustun 5-dən start verilib.