Bakıda Litva səfirinin müavini işə başlayıb

Baş səhifə

Litvanın Bakıdakı diplomatik missiyasının rəhbərinin müavini işə başlayıb.

“Report” Litvanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bu vəzifəni Kristina Baubinayte tutub.

Bu təyinata qədər o, Litvanın Praqa və Dublindəki səfirliklərində çalışıb. K.Baubinyite sosial elmlər doktoru və müasir Litva mühacirəti haqqında kitabın müəllifidir.

“Kristinanı komandamıza qoşulması münasibətilə təbrik edir, maraqlı və uğurlu iş, yeni tanışlıqlar və dolğun layihələr arzulayırıq”, – diplomatik missiyanın məlumatında deyilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir