Cənubi Qafqazda sülh İranın strateji prioritetidir – Pezeşkian

Baş səhifə

Bakı. Trend:

Cənubi Qafqazda sülh İranın strateji prioritetidir və Azərbaycan
və Ermənistan arasında sülh müzakirələrini dəstəkləyir.

Trend-in
məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian İrəvanda
Ermənistan baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında
deyib.

Onun sözlərinə görə, İranın mövqeyi Cənubi Qafqazda beynəlxalq
sərhədlərdə dəyişikliyin olmaması və bu bölgənin geosiyasi
rəqabətlər mərkəzinə çevrilməməsidir.




Pezeşkian bildirib ki, Qafqaz məsələlərinin həllinin regiondan
kənar qüvvələrə tapşırılması regionun şəraitinin mürəkkəbləşməsi
ilə nəticələnə bilər.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian 18 avqustda
İrəvana səfər edib.