AFP: Putin ikitərəfli görüş təklif edib, Zelenski imtina edib – YENİLƏNİB

Baş səhifə

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Moskvada ikitərəfli görüş keçirmək təklifindən imtina edib.

APA xəbər verir ki, bu barədə AFP məlumatlı mənbələrə istinadən informasiya yayıb.

***

18:28

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla sonuncu telefon danışığında Zelenski ilə Moskvada görüşməyi təklif edib.

APA xəbər verir ki, bu barədə məsələdən xəbərdar mənbələr AFP-yə məlumat ötürüb.

Hələlik Rusiya və ABŞ bu mövzuya rəsmi münasibət bildirməyib.