
Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Çexiyaya 547,1
milyon ABŞ dolları dəyərində 1,027 milyard ton bitumlu süxurlardan
alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 50,1 milyon ABŞ dolları və ya 8,4%
azdır, həcm ifadəsində isə 85,9 milyon ton və ya 9,1% çoxdur.
Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan Çexiyaya
597,2 milyon ABŞ dolları dəyərində 941,7 milyon ton bitumlu
süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac
edilmişdi.
Dövr ərzində Çexiya Azərbaycanın ən çox neft ixrac etdiyi
ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28
milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı
aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.
Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,
13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik
ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.
Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.