Kallas: Aİ Ukrayna hərbçilərinə təlim keçəcək və Moskvaya qarşı sanksiyaları davam etdirəcək

Baş səhifə

Avropa İttifaqı (Aİ) Ukrayna Silahlı Qüvvələrinə təlim keçəcək və Rusiyaya qarşı sanksiyaları davam etdirəcək.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkəsində yazıb.

O vurğulayıb ki, Brüssel Rusiyanın Ukraynada nizamlanma ilə bağlı öhdəliklərini və vədlərini yerinə yetirəcəyinə inanmır. Kallasın sözlərinə görə, Ukrayna üçün təhlükəsizlik zəmanətləri Rusiyanın qarşısını almalıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir