Çempionlar Liqası: “Qarabağ” “Ferentsvaroş”la oyunda hesabı bərabərləşdirib – YENİLƏNİB-4

Baş səhifə

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” oyununda ikinci qol vurulub.

“Report” xəbər verir ki, “Qroupama Arena”da keçirilən matçda Ağdam təmsilçisi hesabı bərabərləşdirib – 1:1.

50-ci dəqiqədə Marko Yankoviç fərqlənib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” oyununda ikinci hissə başlayıb.

“Report” xəbər verir ki, “Qroupama Arena”da keçirilən matçda meydan sahibləri 1:0 hesabı ilə öndədirlər.

29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” oyununda ilk hissə yekunlaşıb.

“Report” xəbər verir ki, “Qroupama Arena”da keçirilən matçda meydan sahibləri fasiləyə 1:0 hesabı ilə üstün yollanıblar.

29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” oyununda hesab açılıb.

“Report” xəbər verir ki, “Qroupama Arena”da keçirilən matçda meydan sahibləri fərqləniblər.

29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” matçı start götürüb.

“Report” xəbər verir ki, qarşılaşma “Qroupama Arena”da keçirilir.

Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edir.