Aİ bu ilin birinci yarısında Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını artırıb

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) bu ilin birinci yarısında Rusiyadan 4,48
milyard avro dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz çoxdur.

Trend xəbər verir ki, bu
barədə Avropa Statistika İdarəsinin (Eurostat) məlumatında qeyd
olunub.

İlin ilk altı ayında Aİ ölkələri tərəfindən ümumilikdə 26,9
milyard avro dəyərində LNG idxal olunub. Bunun 13,7 milyard avroluq
hissəsi ABŞ-dan gətirilib.




Hazırda Aİ neft və kömür kimi digər fosil yanacaqlarına
sanksiyalar tətbiq etsə də, qaza qarşı sanksiyalar tətbiq
olunmayıb. Bu səbəbdən Rusiya qazı Aİ-yə hələ də “Türk axını” boru
kəməri və LNG vasitəsilə çatdırılır.

Ötən il Rusiya qazı Aİ-nin ümumi qaz idxalının 19 faizini təşkil
edib. “Eurostat”ın məlumatına əsasən, 2024-cü ildə Aİ Rusiyadan
15,6 milyard avro dəyərində təbii və emal olunmuş qaz idxal edib.
Eyni dövrdə ABŞ-dan idxal 19,1 milyard avro təşkil edib.

Qeyd edək ki, Aİ Rusiyadan qaz idxalını bir neçə il ərzində
tamamilə dayandırmağı hədəfləyir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir