İtaliyada biznes subyektlərinə qarşı kibercinayətlər kəskin artıb

Baş səhifə

Bakı. Trend:

Son dörd ildə İtaliyada biznes subyektlərinə qarşı
kibercinayətlər 45,5 faiz artıb.

Trend xəbər verir ki, bu
barədə “Confartigianato” assosiasiyası məlumata yayıb.

Bildirilir ki, bu kimi hallar ən çox Toskana və Veneto
regionlarında qeydə alınıb. Hesabat dövründə biznesə qarşı
kibercinayətlər Toskana regionunda 88,3 faiz, Venetoda 63,7 faiz,
Markedə 56 faiz, Apuliyada 54,7 faiz, paytaxt Romanın da yerləşdiyi
Latsio regionunda 53,2 faiz artıb.




Məlumata görə, biznes subyektlərinə qarşı bütün növ cinayətlər
isə 10 faiz artım müşahidə olunub.

Assosiasiya fırıldaqçılıq və onlayn hücumlardakı artım
tendensiyasını qeyd edərək həyəcan təbili çalıb. Şirkətlərə əks
tədbirlər görmək, süni intellektdən istifadə etməklə mühafizəni
gücləndirmək tövsiyə edilib.

Bildirilir ki, 2024-cü ilə qədər müəssisələrin yalnız 42,6 faizi
kibertəhlükəsizliyə, o cümlədən süni intellektə sərmayə yatırıb.
Eyni zamanda, İtaliya şirkətlərinin 22,8 faizi kibertəhlükəsizlik
üzrə ixtisaslaşmış kadr tapmaqda çətinlik çəkir.