
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir
Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün
keçirilməsi üzərində hazırlıq işləri aparılır.
Trend xəbər verir ki, Tramp
bu barədə amerikalı jurnalist Mark Levinə verdiyi müsahibədə
danışıb.
“Prezident Putinlə çox uğurlu görüşüm oldu. Eyni zamanda,
Prezident Zelenski ilə də məhsuldar görüş keçirdim. Məncə, onların
vəziyyəti qiymətləndirməsi üçün mənsiz görüşmələri daha doğru olar.
Hazırda bu görüşün təşkili üzərində işləyirlər, nəticəsini
görəcəyik”, – ABŞ lideri qeyd edib.