İspaniyada istilər nəticəsində 2600-dən çox insan ölüb

Baş səhifə

Bakı. Trend:

İspaniyada istilər 2600-dən çox insanın həyatına son qoyub.

Trend xəbər verir ki, mayın
15-dən avqustun 18-dək ölkədə yüksək temperatur səbəbindən 2635
vaxtından əvvəl ölüm halı qeydə alınıb. Bu göstərici ötən ilin eyni
dövrü ilə müqayisədə 40% çoxdur.




Ölüm hadisələrinin təxminən yarısı – 1149 nəfər – avqustun 3-dən
18-dək davam edən isti günlərdə baş verib.

Məlumata görə, istilərdən dünyasını dəyişənlərin əksəriyyəti 65
yaşdan yuxarı şəxslərdir. Ölənlərdən 1579 nəfəri qadın, 1056 nəfəri
isə kişidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir