Rusiya neftinin Slovakiyaya tədarükü bərpa edilib

Baş səhifə

Rusiya neftinin “Dostluq” boru kəməri ilə Slovakiyaya nəqli bərpa edilib.

“Report” xəbər verir ki, bu barədə Slovakiyanın vitse-prezidenti, iqtisadiyyat naziri Denisa Sakova bildirib.

“Slovakiya Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Transpetrol” dövlət şirkəti neft tədarükünün bərpa olunduğunu qeydə alıb”, – məlumatda bildirilib.

Bununla belə, tədarükün həcmi dəqiqləşdirilmir.

O qeyd edib ki, neft tədarükü ştat rejimdə həyata keçirilir.

Qeyd edək ki, avqustun 18-i gecə Rusiyanın Tambov vilayətindəki “Nikolskoye” neft nasos stansiyasına endiriln zərbədən sonra “Dostluq” boru kəməri ilə neft nəqli tamamilə dayandırılmışdı.