İstilik elektrik stansiyalarında enerji istehsalının həcmi məlum olub

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istilik elektrik
stansiyalarında (İES) 12,7 milyard kVt-saat elektrik enerjisi
istehsal edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 117,9
milyon kVt-saat və ya 0,9% çoxdur.




Eyni zamanda, hesabat dövründə istilik elektrik stansiyalarının
istehsalı üzrə tullantıların yandırılmasından alınan elektrik
enerjisinin həcmi isə 132,1 milyon kVt-saat təşkil edib. Bu isə
2024-cü ilin ilk yeddi ayındakı göstərici ilə müqayisədə 0,9 milyon
kVt-saat və ya 0,7% azalma deməkdir.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin
yanvar-iyul aylarında 1995,4 milyon manat dəyərində məhsul istehsal
olunub və xidmətlər göstərilib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda
istehsal edilmiş məhsulların həcmi 370,9 milyon manat təşkil
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir