Ceyhun Bayramov ilə kiprli həmkarı arasında telefon danışığı aparılıb

Baş səhifə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Kiprin xarici işlər naziri Konstantinos Kombos arasında telefon danışığı aparılıb.

Kipr Respublikasının xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Telefon danışığı zamanı, Kipr Respublikasının 2026-cı ilin ilk yarısında Avropa İttifaqı Şurasına Prezidentliyi çərçivəsində planlar, habelə regional məsələlər müzakirə olunub. Kiprin Aİ sədrliyi dövründə bölgəmizdə sülh prosesinə töhfə verməyə hazır olduğu bildirilib.

Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

MƏLUMAT YENİLƏNİR