
16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin İstanbul şəhərində təşkil olunan Avropa çempionatının B divizionunda ilk oyununa çıxıb.
“Report”un məlumatına görə, yığma İsveç seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 87:54.
Qeyd edək ki, Azərbaycan millisi avqustun 22-də Niderland, 24-də Slovakiya, 25-də isə Lüksemburq ilə qarşılaşacaq.