
Bakı. Trend:
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, Böyük Britaniya 5 təşkilat və 3 fiziki şəxsə
qarşı məhdudiyyətlər tətbiq edərək Rusiya əleyhinə sanksiya
siyahısını genişləndirib.
Qeyd edilir ki, Britaniya, rubla bağlı kriptovalyuta üzrə
işləyən A7A5 layihəsinin rəhbəri Leonid Şumakova və həmçinin,
Rusiya ilə bağlı olan Qırğızıstanın Grinex, Tengricoin və Old
Vector şirkətlərinə, Lüksemburqun Altair Holding şirkətinə və “Kapital Bank Mərkəzi Asiya” MMC-yə qarşı sanksiyalar tətbiq
edib.

