Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Baş səhifə

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyaya qarşı sanksiyaların genişləndirildiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə XİN-in yeniləmələr siyahısında qeyd olunub.

“Rusiyaya qarşı sanksiya rejimi çərçivəsində səkkiz yeni mövqe əlavə edilib”, – məlumatda qeyd olunub.

Yeni sanksiyalar beş təşkilata və üç fiziki şəxsə şamil edilib.

Xatırladaq ki, iyul ayında Böyük Britaniya kölgə donanması ilə əlaqəli 135 gəmini də sanksiya siyahısına daxil edib.